İŞİD-in çeçen əsilli lideri öldü
10 iyun 2015 03:27 (UTC +04:00)

İŞİD-in çeçen əsilli lideri öldü

0

İŞİD terror qruplaşmasında partlayıcı qurğuların istehsalatına rəhbərlik edən  çeçen əsilli lideri  Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rudaw telekanalı məlumat yayıb. 

 

“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı  yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri  Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar