İŞİD-ə qoşulmaq istədi, 30 il cəza aldı
27 sentyabr 2016 07:13 (UTC +04:00)

İŞİD-ə qoşulmaq istədi, 30 il cəza aldı

0

ABŞ-ın Kaliforniya ştatında İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Santa-Ana sakini, 25 yaşlı Nader Əlhuzayel ötən ilin mayında Suriyada terrorçulara qoşulmaq üçün Türkiyəyə yola düşdüyü zaman hava limanında saxlanılıb.

 

Məlumata əsasən, ABŞ-da indiyədək İŞİD-ə qoşulmaq istəyən 70 nəfər məsuliyyətə cəlb olunub. Şübhəli bilinənlərin əksəriyyəti müxtəlif cəzalara məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar