İraqda İŞİD-ə qarşı növbəti irimiqyaslı əməliyyat başlayıb. Lent.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, kürd silahlılarından ibarət dəstələrin iştiorakı ilə həyata keçirilən əməliyyatlar ölkənin şimalını, Ərbil şəhəri ətrafındakı kəndləri əhatə edir. Əməliyyatın əsas məqsədi İŞİD-in nəzarətində olan kəndləri geri qaytarmaqdır.
Kürd silahlıları (peşmərgələr) Ərbilin 45 kilometr cənubundakı Mahmur və Güvər yaşayış məntəqələrində bu gün yerli vaxtla saat 08-də daxil olublar. Mahmurun tabeliyində olan Duqirkan, Alaviye və Qubede kəndləri artıq peşmərgənin nəzarətinə keçib. Bəlgədə iki cəbhədə döyüqşlər davam etdirilir.
Bu arada peşmərgənin əməliyyastın effektini artırmaq üçün koalisiya qüvvələrindən havadan dəstək istədiyi barədə xəbərlər yayılıb.