Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.
Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.
Aprelin 9-da İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.