İrəvanda polis şöbəsi hələ də silahlıların əlində
20 iyul 2016 11:20 (UTC +04:00)

İrəvanda polis şöbəsi hələ də silahlıların əlində

İrəvanda dünən axşam saatlarında vətəndaşlar və polis arasında baş verən insidentdən sonra gecə sakit keçib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisələrin baş verdiyi Xorenatsi küçəsində Ermənistan polisinin rəis müavini Levon Yeranosyan və Samvel Ovannisyan də olub.

 

Milli Təhlükəsizlik Nazirliyindən silahlı qruplaşmanın üzvləri ilə intensiv danışıqlar aparıldığı bildirilib.

 

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

APA Baycan

Oxşar yazılar