İraqda daha iki general vəzifədən azad edilib
06 iyul 2014 07:13 (UTC +04:00)

İraqda daha iki general vəzifədən azad edilib

İraq Silahlı Qüvvələri Quru Qoşunları komandanı general-leytenant Əli Feydan tutduğu vəzifədən azad edilib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, uyğun sərəncamı ölkənin baş naziri Nuri əl-Maliki imzalayıb. İraq Federal Polis İdarəsinin rəisi, general-leytenant Möhsün əl-Abi də tutduğu vəzifədən uzaqlaşdırılıb. Onların yerini tutacaq şəxslərin adları  hələlik açıqlanmayıb.

 

Məlumata əsasən, al-Malikinin hərbi sahədə kadr dəyişikliyi davam edəcək. Generalların vəzifədən azad edilməsinə səbəb kimi “İraq Şam İslam Dövləti” terrorçularına qarşı mübarizədə “ordunun fəaliyyətsizliyi” göstərilir.

 

Bir müddət öncə Mosul ətrafında İŞİD-ə qarşı döyüşdə İraq qoşunlarına uğursuz rəhbərlik etdikləri üçün 3 briqada generalı da vəzifəsindən azad edilmişdi.

 

Onların işinə hərbi prokurorluqda baxılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar