İraqın Anbar əyalətində ABŞ-a məxsus hərbi təyyarə vurulub.
APA-nın xəbərinə görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.
“ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə “Əyn Əl Əsəd” hərbi-hava bazası yaxınlığında vurulub”, məlumatda deyilir.
Təyyarənin növü və kim tərəfindən vurulması hələ ki, məlum deyil.