İraq Kürd muxtariyyatının rəhbəri Məsud Bərzani İranın peşmergələrə silah yardımı etdiyini bildirib. Lent.az-ın məlumatına görə, İranin xarici işlər naziri Məhəmməd Cavadla görüşdən sonra mətbauat konfransında o, İranın İraq kürdlərinə silah bağışladığını deyib.
Bu arada M.Cavad İŞİD-in təkcə İraqa deyil, yaxın şərqdə təhlükə olduğunu bildirib. Nazir İraqda gedən döyüşlərdə peşmergələrə güvəndiyini dilə gətirib.