İnquşetiyanın yeni rəhbəri seçildi
İnquşetiya xalq məclisinin deputatları Mahmud-Əli Kalimatovu regionun yeni rəhbəri seçiblər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kalimatov buna qədər respublikanın rəhbəri vəzifəsini icra edirdi.
İyun ayının axırında Rusiya prezidenti Vladimir Putin Yunus-Bek Yevkurovun İnquşetiyanın rəhbəri vəzifəsindən istefasını qəbul edib. Respublikanın qanunvericiliyinə əsasən, yeni rəhbər ölkə prezidentinin irəli sürdüyü namizədlər arasından gizli səsvermə yolu ilə parlamentdə seçilir.
.
Putin avqustun 26-da İnquşetiya Xalq məclisinin gündəliyinə 3 nəfərin namizədliyini irəli sürüb. Onlar Nazran şəhər sovetinin deputatı Urusxan Yevloev, “Vımpel-Kommunikasiya”nın böyük ərazi mütəxxəssisi Maqomed Zurabov və Mahmud-Əli Kalimatov idi.
Kalimatovun lehinə deputatların 27-si səs verib.
937