İngiltərənin Nottinqemşir qraflığında 70 yaxın məhbus qiyam edib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, onlar həbsxananın bir bölməsini ələ keçirib.
Renbi yaşayış məntəqəsindəki həbsxanada qiyam yerli vaxtla günorta başlayıb. Məhbuslar nahar yeməyindən sonra kameralara qayıtmaqdan imtina edib. Onlar həbsxananın bir bölümün yandırıb.
Məhbuslar arasında zərərçəkən olmayıb.