Dünyanın ən çox qazanan modeli Cisel Bündxen doğum gününü bu dəfə təmtəraqlı şəkildə qeyd etməyib. Lent.az-ın məlumatına görə, 34 yaşını qeyd edən məşhur model ad gününü ətrafı sarı güllərlə bəzədilmiş keksi kəsərək qeyd edib. Son yeddi ildə dünyanın ən çox qazanan modellər siyahısına başçılıq edən gözəlçə kasıbsayağı ad günü keçirməklə pulun heç də xoşbəxtliyin əsası olmadığını göstərməyə çalışıb
Xatırladaq ki, “Forbes” jurnalının araşdırmalarına görə, C.Bündxen bir ildə büdcəsinə 47 milyon dollar əlavə edib. Bir çox tanınmış firmaların siması olan model sonuncu dəfə bu il “H & M” brend firmasının əsas siması olub.