Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hülusi Akar Rusiyaya səfər edib.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, səfər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa, Suriya və İraqdakı vəziyyət, İŞİD-lə mübarizədə koordinasiya da əsas müzakirə mövzusu olacaq.