Hindistanda əhali iki günə 4 ton qızıl aldı
03 yanvar 2017 00:36 (UTC +04:00)

Hindistanda əhali iki günə 4 ton qızıl aldı

Hindistanda pul islahatlarının başlanması barədə hökumətin qərar verməsindən sonra keçən 48 saat ərzində əhali qızıl dükanlarına, sözün əsl mənasında, hücum edib.

 

Virtualaz.org yerli “The Times of India” nəşrinə istinadən xəbər verir ki, Nyu-Dehli şəhərində yerləşən yalnız bir mağazadan gün ərzində 700-ə yaxın müştəri ümumilikdə 45 kiloqram qızıl alıb.

 

Mənbənin bildirdiyinə görə, bu üsulla əhali əlində olan köhnə pul əskinaslarından qurtulmaq və özünü denominasiya nəticəsində baş verə biləcək hər hansı maliyyə böhranından qorumaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar