Hindistanın şimalında meşədə meymunlarla yaşayan qız tapılıb.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, qızı polis əməkdaşı Sureş Yadav aşkarlayıb.
O, Uttar Pradeş ştatında yerləşən Katarniaqxat bölgəsində keşik çəkərkən qızı aşkarlayıb. 8 yaşlı qız heyvanların hücumuna məruz qalmış, eyni zamanda çılpaq vəziyyətdə idi. Polis onu cəngəllik ərazisindən aparmaq istəyəndə meymunlar səs-səsə verərək, öz narazılıqlarını bildiriblər. Qızın özü də meşədən ayrılmamaq üçün israr edib. Polislər köməyə öz həmkarlarını çağırmaq zorunda qalıblar. Xəbərdə həmçinin qeyd olunur ki, uşaq danışmağı bacarmır və meymunlar kimi “dördayaq” üzərində gəzir.
Qızı yerli xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda polis onun şəxsiyyətini və meşəyə necə düşdüyünü müəyyən etməyə çalışır.