Həsən Ruhani Tacikistana səfər edəcək
İran prezidenti Həsən Ruhani Tacikistana səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, səfər iyunun 14-də baş tutacaq. H.Ruhani Tacikistan paytaxtı Düşənbədə keçiriləcək "Asiyada qarşılıqlı əməkdaşlıq və etimad" adlı konfransda iştirak etməklə yanaşı, Tacikistan rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.
Qeyd edək ki, İran-Tacikistan münasibətləri 4 il öncə tacikistanlı müxalifət liderin İrana səfəri və Ali Liderlə görüşünün ardınca soyumuşdu. Tacikistan İranın bu addımına görə Tehrandakı səfirini geri çağırmışdı. Ötən həftə Tacikistan xarici işlər nazirinin İrana səfəri ilə münasibətlər bərpa olub.
Süleyman Fərzəliyev
843