Serbiyanın Kraquyevats şəhərində müdafiə sənayesi zavodunda baş vermiş partlayış və yanğın nəticəsində 20 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir-birinin ardınca baş vermiş iki partlayışdan sonra güclü yanğın başlayıb.
Partlayışlar döyüş sursatların zərərsizləşdirilməsi sexində baş verib.
Hadisə yerinə yanğınsöndürmə, təcili yardım briqadaları və hərbçilər cəlb olunub. Serbiya müdafiə naziri Zoran Corcevic də hadisə yerinə baş çəkib.