Həmas İsrail təyyarəsini vurdu
23 iyul 2014 11:16 (UTC +04:00)

Həmas İsrail təyyarəsini vurdu

İsrailin F 16 markalı qırıcı təyyarəsi Qəzza yaxınlığında raketlə vurulub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumata görə, Həmasın hərbi qanadının nümayəndəsi olan İzəddin Əl-Kassam bəyan edib ki, İsrail ordusuna aid hərbi təyyarə Qəzzanın mərkəzində Deyr Əl-Bəlah bölgəsinə zərbə endirmək istəyərkən raketlə vurulub.

 

 

Vurulan təyyarə ilə bağlı İsrail tərəfindən hələlik açıqlama verməyib.

 

Qeyd edək ki, İsrail iyulun 7-də  “Qoruyucu Xətt” adı altında Qəzzaya havadan, 10 gün sonra isə qurudan hücuma keçib. Hücum nəticəsində 635 Fələstin vətəndaşı həyatını itirib, 4 min nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1769

Oxşar yazılar