HDP-li deputatdan qondarma “soyqırım”la bağlı utandıran təklif
26 noyabr 2014 21:34 (UTC +04:00)

HDP-li deputatdan qondarma “soyqırım”la bağlı utandıran təklif

Türkiyə mediası sözün həqiqi mənasında “yox artıq” dedirdəcək yeni təklif barədə yazıb.

 

Lent.az-ın  Türkiyənin TGRT Xəbər televiziyasına istinadən verdiyi xəbərə görə, kürd milliyyətçilərinin partiyasıHDP-dən olan millət vəkili Sabahat Tuncel Türkiyə Böyük Millət Məclisinə “Erməni soyqırımı üçün üzr istənilməsi”ni nəzərdə tutan qanun layihəsi təqdim edib.

 

S. Tuncel Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın TBMM-də “erməni soyqırımı üçün üzr istəməsinin” vacibliyini qeyd edib.

 

HDP-li vəkil bununla bağlı hazırladığı layihədə Türkiyə prezidentinin həmçinin ermənilərin “soyqırım” törədildiyini iddia etdikləri yerlərdə üzr mətnini oxumalı olduğunu qeyd edib.

 

Layihədə həmçinin “üzr dilənməsindən” ən geci bir il içərisində parlamentdə Həqiqətləri Araşdırma Komissiyası yaradılması və dövlətin bütün arxivləri açması nəzərdə tutulub.

 

Təklifdə həmçinin bununla bağlı maddi və mənəvi təzminat ödənilməsi, bir gün “milli yas élan edilməsi” də var.

 

Qeyd edək ki, bir neçə gün öncə də Türkiyədə Hrant Dink Fondu tərəfindən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı mesaj verən konfrans keçirilmişdi. Həmin konfransın əsas dəstəkçisi isə hazırda Türkiyə baş nazirinin müşaviri olan Etyen Mahçupyan idi.  

 

Məsələnin bu cür inkişafı Türkiyədəki erməni lobbisinin 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyinə ciddi hazırlaşdığını göstərir. Bəzi məlumatlara görə, bununla bağlı Türkiyədəki müəyyən fondlar artıq ABŞ və Avropadakı erməni lobbisindən xeyli qrant da ala bilib. Bu isə o deməkdir ki, Türkiyədəki erməni lobbisi və bu ölkədə separatçı meyillərin artmasında maraqlı olan qüvvələr prosesdən yararlanmağa çalışacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289
avatar

Oxşar yazılar