<b>Həbsdən azad edilən deputat yenə axtarışa verildi</b>
17 fevral 2017 15:55 (UTC +04:00)

Həbsdən azad edilən deputat yenə axtarışa verildi

 

Türkiyənin Xalqların Demokratiya Partiyasının üzvü, Diyarbəkirin millət vəkili İdris Balukən barəsində yenidən yaxalama qərarı çıxarılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə  Doğan Xəbər Agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, artıq onun saxlanılması barədə məhkəmə qərar çıxarıb.

 

Qeyd edək ki, Balkukən keçən il noyabrın 4-də həbs edilmişdi. Onun barəsində  prokurorluqda cinayət işi başlanmışdı. Prokurorluq deputatın 15 ilə qədər azadlıqdan məhrum edilməsi ilə bağlı ittiham aktı tərtib etmişdi. Bununla belə, İ.Baluken bu il yanvarın 30-da azadlığa buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar