Gürcüstanın xarici işlər naziri istefa verdi
05 noyabr 2014 12:32 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri istefa verdi

 

Bu gün Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fövqəladə brifinq keçirərək vəzifəsindən istefa verdiyini açıqlayıb.


 

APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, M. Pancikidze hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasını tərk etdiyini də bildirib. Onunla birlikdə nazir müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da istefaya gediblər.

 

 

M. Pancikidze bir gün əvvəl müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan İrakli Alasaniyanın rəhbərlik etdiyi “Bizim Gürcüstan – Azad Demokratlar” Partiyasının üzvüdür. Artıq bu partiyadan olan Avropa və avroatlantik strukturlara inteqrasiya naziri Aleksi Petriaşvili istefaya gedib. Baş nazirin müavini Kaxa Kaladze eyni partiyadan olan digər nazirlərin də istefa verəcəyini istisna etməyib.  

 

Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu Müdafiə Nazirliyinin yüksək vəzifəli bir sıra məmurlarına qarşı cinayət işi qaldırıb. Nazir İ. Alasaniya bu addımın siyasi xarakterli olduğunu və ölkənin avroatlantik inteqrasiya kursuna zərbə vuracağını bəyan edib. Baş nazir İrakli Qaribaşvili isə Müdafiə Nazirliyinin siyasiləşməsinə yol verməyəcəyini bildirərək naziri istefaya göndərib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914
avatar

Oxşar yazılar