Hakim “Gürcü arzusu” partiyası ölkədə keçirilən parlament seçkilərində liderdir.
APA-nın xəbərinə görə, seçkilərdə Exit-poll keçirən ABŞ-ın TNS şirkətinin nəticələrinə əsasən, “Gürcü arzusu” səslərin 53,8 faizini toplayıb.
Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası 19,5 faizlə və seçicilərin 5 faizinin etimadını qazanmış “Vətənpərvərlər Alyansı” partiyası parlamentə keçid həddini adlaya biliblər.