Gürcüstanın Xarici İşlə Nazirliyi Rusiyanın tikanlı məftilləri ilə bağlı yenidən açıqlama yayıb.
Lent.az-ın Gürcüstan KİV-ə istinadən məlumatına görə, qurum bildirib ki, Rusiya ordusu Cənubi Osetiyadan ayıran tikanlı məftillərin çəkilişini bərpa edib.
Rəsmi Tiflis bəyan edib ki, bu «sərhədin çəkilməsi» iki həftə öncə dayandırılsa da, son günlər bərpa olunub.
Gürcüstan hakimiyyəti bildirib ki, belə məhdudiyyət yerli sakinlərin öz dilində təhsil almasına və sakinlərin sərbəst hərəkət etməsini əngəlləyir.
«Gürcüstanın işğal olunmuş torpaqlarında və ona yaxın ərazilərdəki vəziyyət insan haqlarının və təhlükəsizliyin təmin ilə bağlı beynəlxalq mexanizmin hazırlanmasının vacibliyini bir daha təsdiqləyir» -deyə, nazirlik bildirib.