Gürcüstan prezidenti Georgi Marqvelaşvili Brüsselə rəsmi səfərini başa çatdıraraq, ABŞ-a səfərə yola düşüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.
“Gürcüstanın milli təhlükəsizlik məsələləri səfərin əsas məqsədidir. Bir neçə tədbir nəzərdə tutulub. Onlardan biri – regional təhlükəsizlik məsələləri və ölkə qarşısında duran çağırışların ABŞ Konqresində müzakirəsi. Prezident ABŞ Senatında da analoji çıxışlar edəcək”, - deyə David Rakviaşvili bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində bir neçə mühümlər keçiriləcək, universitetlərdə çıxışlar da nəzərdə tutulub.