“APA-Economics”in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmalar səbəb “SOCAR-Georgia”nın avtomobil qazı bazarında inhisarçı mövqeyə sahib olması ilə bağlıdır. Gürcüstanın dövlət qurumu hesab edir ki, Azərbaycan şirkəti “Rəqabət haqqında” Qanunun bəzi müddəalarını pozur və digər iqtisadi agentlərlə rəqabəti məhdudlaşdıran müqavilələr imzalayır.
“SOCAR-Georgia”nın baş direktoru Mahir Məmmədov isə “APA-Economics”ə bildirib ki, Gürcüstanın baş naziri yanında İqtisadi Şurada sözügedən məsələ müzakirə olunub.
“Araşdırmanın aparılması Rəqabət Agentliyinin tam səlahiyyətindədir. Biz bu araşdırmaya qarşı çıxmırıq. Burada qeyri-adi bir şey yoxdur”, - deyə M. Məmmədov bildirib.
Bununla belə M. Məmmədov dövlət qurumunun əsas gətirdiyi dəlillərlə razılaşmır: “SOCAR-Georgia”nın tətbiq etdiyi qiymətlər uzun müddətdir ki, müəyyən olunub. Son vaxtlar şirkət qiymətləri dəyişdirməyib, qiymətlərin dəyişdirilməsində təşəbbüskar olmayıb. İstər topdansatış, istər pərakəndə, istərsə də ixrac qiymətlərində dəyişiklər edilməsində təşəbbüskar olmayıb. Bu məsələ heç bir şəxs qarşısında qaldırılmayıb”.