Fransada sərnişin qatarı qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Ümumilikdə 50 nəfərə tibbi yardımın göstərildiyi bildirilir. Monpelye-Nim marşrutu üzrə hərəkət edən qatarda 200 nəfər olub.
Mələmata əsasən, qəzaya səbəb qasırğa nəticəsində relslərin üstünə düşən ağac olub.