Fransanın Kale şəhərində miqrant düşərgəsinin bağlanılmasına dair qərara qarşı aksiya keçirən etirazçılar və polis arasında qarşıdurma baş verib, xəsarət alanlar var.
Məlumata görə, icazəsiz mitinqdə iştirak etmək üçün Kaleyə müxtəlif şəhərlərdən yüzlərlə etirazçı qatılıb. Polis şəhərin mərkəzinədək yürüş keçirməyə çalışan etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Toqquşmalar zamanı üç polis xəsarət alıb.
Qeyd edək ki, bir müddət əvvəl Fransua Olland 2016-cı ilin sonunadək Kaledəki miqrant düşərgəsini bağlamağa, mühacirləri isə, işlərinə baxılanadək, Fransanın digər bölgələrində yerləşdirməyə çağırıb.