Fransanın Marsel şəhərində bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib, xəsarət alanlar var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis orqanları insidentin terror aktı olmadığını qeyd edib.
“Provence” nəşrinin məlumatında görə, hücum nəticəsində azı 3 nəfər xəsarət alıb.
Polis hücum edən şəxsi saxlayaraq, xəstəxananın psixiatriya şöbəsinə yerləşdirib.