Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) məxsus olduğu bildirilən 62 min 317 mülk müsadirə edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlardan 4 min 548- i dövlət hesabına keçirilib.
Məlumata görə, təşkilat bu mülkləri başqalarına satmağa çalışsa da Ətraf və Şəhərsalma Nazirliyi bir gecədə bütün malların satışına qadağa qoyub.