<b>London metrosunda <span style="color:red;">PARTLAYIŞ </b> - YENİLƏNİB
15 sentyabr 2017 14:05 (UTC +04:00)

London metrosunda PARTLAYIŞ - YENİLƏNİB

0

 

London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.

  
APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.
 
Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.
 
Hadisənin terror olduğu ehtimal edilir.

 

 

12:06

 

 

Londonda metroda partlayış baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

“Sun” qəzetinin yazdığına görə isə partlayış qatarlardan birində baş verib. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir.

 

Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. “Biz metronun "Parsons-Qrin” stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər”, - deyə, polisdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar