Eyni anda 8 kişi ilə nikahda oldu
12 aprel 2015 00:31 (UTC +04:00)

Eyni anda 8 kişi ilə nikahda oldu

ABŞ-da bir qadın eyni anda 8, başqa bir vaxt isə 4 kişi ilə nikahda olub.

 

Lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Nyu York şəhərində yaşayan 39 yaşlı Liana Barrientosun 11 il ərzində saxta sənədlə boşanmadan evləndiyi şəxslər arasında bir türk də olub.

 

İlk dəfə 23 yaşında evlənmiş Barrientos bir il sonra boşanmadan başqa biriylə evlənib. Son evliliyindən 18 gün sonra isə başqa biriyle nikah masasına oturub.

 

Onun beşinci evliliyi isə 1 Mart 2002 –ci ildə Duran Göktepe adlı bir türklə olub.

 

Barrientosdan 2010-cu ildə evləndiyi Salle Keista şikayət edib. Bundan sonra onunla bağlı məhkəmə araşdırması başlanılıb.

 

Məhkəmə Domnikan əsilli Barrientosun bu silsilə evliliklərini vətəndaşlıq almaq üçün etdiyi versiyasını araşdırır.

 

Bir ara səkkiz kişi ilə, indi isə 4 kişi ilə eyni vaxtda evli olduğu bildirilən qadın məhkəmə prosesində günahsız olduğunu qeyd edib. Amma o, məhkəmədən çıxanda billet almadan metroya minmək istəyərkən polis tərəfindən saxlanılıb.

 

Barrientosu 4 ilə qədər həbs cəzası gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar