Ermənistanda aləm qarışır
19 fevral 2013 18:31 (UTC +04:00)

Ermənistanda aləm qarışır

Raffi Ovannisyan Serj Sərkisyana 1 gün vaxt verdi

 

 

Ermənistanda prezidentliyə namizəd, dünən keçirilən seçkilərdə qalib gəldiyini elan edən İrs Partiyasının sədri Raffi Ovannisyan hər kəsi sabah saat 17:00-da İrəvanda Azadlıq meydanında keçiriləcək mitinqə dəvət edib.

 

Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, Raffi Ovannisyan Ermənistanın hazırkı prezidenti, Mərkəzi Seçki Komissiyasının seçkilərin qalibi elan etdiyi Serj Sərkisyanı da səhərə qədər onunla görüşməyə çağırıb.

 

Raffi Ovannisyan Serj Sərkisyanla “hakimiyyəti xalqa vermək” məsələsini müzakirə etmək istədiyini bildirib: “Bu gün aydındır ki, Ermənistan xalqı 20 faizə qarşı 80 faiz səslə qalib gəlib. Heç kim əlimizdən vicdanımızı, bu qələbəyə konstitusion haqqımızı oğurlamır. Bu qələbə Raffiyə, Serjə yox, bütün cəmiyyətə məxsusdur”.

 

Raffi Ovannisyan bildirib ki, hələ dünən Serj Sərkisyanı iradə ortaya qoymağa və hakimiyyəti xalqa təhvil verməyə çağırıb: Mən dünən bəyan etdim ki, Serj Sərkisyan xalqın iradəsini qəbul edən ilk prezident olsun. Təəssüf ki, o, bunu indiyə qədər bacarmayıb. Hələ gec deyil, sabah saat 17:00-da biz mitinqdə görüşəcəyik. Buna qədər mən Serj Sərkisyana təklikdə görüşmək, yaxud hakimiyyəti xalqa vermək barədə bəyanat verməyi təklif edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002
avatar

Oxşar yazılar