Ermənistan yerli smartfon və planşet istehsal edəcək
09 dekabr 2013 13:33 (UTC +04:00)

Ermənistan yerli smartfon və planşet istehsal edəcək

Ermənistan gələn ilin yanvarından etibarən smartfon telefonların və planşet kompüterlərin yerli istehsalına başlayacaq.

 

Lent.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə artıq Ermənistan Nazirlər Kabinetində müzakirələr aparılıb və baş nazir Tiqran Sarkisyanın razılığı alınıb.

 

Yerli texnologiya müvafiq olaraq “Armfon” və “Armtab” adlandırılacaq və Ermənistan-ABŞ birgə ortaqlığı ilə  istehsal olunacaq.

 

Məlumatda bildirilir ki, ilk sadə smartfon telefonlar artıq hazırdır. Android sistemlə işləyəcək telefonlar ABŞ-lı mütəxəssislər tərəfindən hazırlanacaq. Telefon və planşetlərin ləvazimatları ABŞ və Honk-Konqdan idxal ediləcək.

 

Ermənistan mətbuatının yazdığına görə, yeni telefon və planşetlər yüksək dünya standartlarına cavab verəcək, eyni zamanda onların qiymətləri daha ucuz olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955
avatar

Anar Gəraylı

Oxşar yazılar