Bir müddət əvvəl Almaniya parlamentində “erməni soyqırımı” ilə bağlı keçirilən səsvermədə qərarın əleyhinən səs verən yeganə deputat olan Bettina Kudla növbəti seçkilərdə namizəd ola bilməyəcək. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Leypsiq bölgəsindən deputat seçilən və 2009-cu ildən parlamentdə hakim Xristian-Demokrat Birlik Partiyasının üzvü kimi təmsil olunan qadın siyasətçi yerli seçkilərdə uğursuzluğa düçar olub. O, Leypsiqdə iki rəqibindən geri qalıb və gələn il keçiriləcək parlament seçkisində partiyasının siyahısında yer almayacaq.
Qeyd edək ki, Almaniya parlamentindəki məlum seçkilərdə qondarma soyqrımla bağlı qərarın qəbul edilməsinə mane olan B.Kudla burada yaşayan türklər tərəfindən böyük rəğbət qazanıb.