Ərdoğanla Kemeron İraq və Suriyadakı vəziyyətdən danışıb
23 iyun 2014 23:37 (UTC +04:00)

Ərdoğanla Kemeron İraq və Suriyadakı vəziyyətdən danışıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İngiltərənin baş naziri Devid Kemeronla telefonla danışıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, danışıq Britaniya hökuməti başçısının təşəbbüsü ilə gerçəkləşib. D.Kemeron türkiyəli həmkarı ilə  Suriya və İraqdakı son olaylar başda olmaqla bölgədəki vəziyyəti müzakirə edib.

 

Tərəflər arasında 20 dəqiqə sürən danışıq zamanı liderlə İraqda milli barışıq hökumətinin qurulmasının vacibliyini vurğulayıb.

 

Suriyadakı vəziyyətdən danışarkən, R.T.Ərdoğan Türkiyəyə bir milyona yaxın suriyalının sığındığını və bölgədəki vəziyyətlə bağlı Avropa Birliyinin daha fəal olmasının gərəkli olduğunu bildirib.

 

Kemeron və Ərdoğan terrora qarşı mübarizədə iş birliyinin gücləndirməyin vacibliyini də qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar