Ərdoğanı müşayiət edən avtokarvan zəncirvarı qəza törədib - YENİLƏNİB
08 iyul 2014 23:38 (UTC +04:00)

Ərdoğanı müşayiət edən avtokarvan zəncirvarı qəza törədib - YENİLƏNİB

0

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı müşayiət edən avtomobil karvanı zəncirvarı qəza törədib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə Dənizlidə baş verib. Avtomobil karvanı Dənizli hava limanından şəhər mərkəzinə gedərkən, Pamukkala yol qovşağında qəza törədib.

 

Zəncirvarı qəza zamanı Türkiyə baş nazirinin mühafizə xidməti və mülki vətəndaşlara məxsus 6 avtomobil toqquşub. Olay nəticəsində bir neçə nəfər yüngül yaralanıb.

 

R.T.Ərdoğanı müşayiət edənlər başqa avtomobillərə minərək, yollarına davam ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2208

Oxşar yazılar