<span style="color:red;">Ərdoğan:  "Amerika məsumları öldürən terrorçulara dəstək verir"
29 dekabr 2016 13:46 (UTC +04:00)

Ərdoğan: "Amerika məsumları öldürən terrorçulara dəstək verir"

0

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-a qarşı çox sərt bəyanatla çıxış edib.

 

Lent.az-ın "Sözcü"yə istinadən məlumatına görə, Ərdoğan çıxışında Amerika başda olmaqla bir çox ölkənin Türkiyədə terror törədən təşkilatlara dəstək  verdiyini iddia edib:  “Terrorla hər zaman mübarizə aparacağıq.  Eyni mübarizəni İraqda, Suriyada, lazım olan hər yerdə davam etdirəcəyik. Siz terror təşkilatlarına bu bölgədə silahlı yardım göstərsəniz, inciməyin, buna göz yuman deyilik. NATO-da sizinlə müttəfiqik, amma siz bu dəstəkləri bizə yox, terror təşkilatlarına verirsiniz. Suriyada nə NATO-nun, nə də digər müttəfiq ölkələrin kiçik bir dəstəyini görmürük. Amerika başda olmaqla, bir çox ölkələr bölgəmizdə məsumları qətl edən terrorçulara dəstək verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar