Ərdoğandan ABŞ-a sərt reaksiya
16 iyun 2017 03:34 (UTC +04:00)

Ərdoğandan ABŞ-a sərt reaksiya

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ərdoğan  Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.   

 

“Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı? Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?”, - deyə Ərdoğan bildirib.     

 

O, Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.  

 

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib

 

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib. 

 

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42