Ərdoğan Trampın Türkiyəyə gələcəyi tarixi açıqladı
“ABŞ prezidenti Donald Tramp gələn ay Türkiyəyə səfər edə bilər”.
APA-nın xəbərinə görə, bunu Yaponiyada keçirilən G-20 Sammitinə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Trampın Türkiyəyə sanksiya tətbiq etməsinin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi barədə sualı belə cavablandırıb: “Sammit çərçivəsində Trampla təkbətək görüşümüzün münasibətlərdə yaranan problemləri aradan qaldırmaq və müttəfiqliyimizi möhkəmləndirmək üçün önəmli olacağını düşünürəm. Tramp iyulda Türkiyəyə gələ bilər".
Ərdoğan "F-35" layihəsindən kənarlaşdırılma ehtimalına da münasibət bildirib: "Biz “F-35” layihəsi üçün artıq 1.25 milyard dollar ödəmişik. Əgər belə bir səhv addım atsalar, beynəlxalq məhkəməyə müraciət edər, həmin pulun qaytarılmasını istəyərik. Biz alıcı deyilik, eyni zamanda istehsal edən şərikik”.
1373