Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək. APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
“Prezident Rəcəb Tayyip Ərdoğan Ukraynaya səfərini başa çatdıraraq, 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək. Səfər Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti əsasında baş tutacaq. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsinə dair müxtəlif sənədlər imzalanacaq, həmçinin Türkiyə-Serbiya biznes forumu keçiriləcək”, - deyə məlumatda bildirilir.
Türkiyə prezidenti Aleksandr Vuçiç və Serbiya parlamentinin sədri Maya Qoykoviçlə danışıqlar aparacaq, Novi Pazar şəhərinə səfər edəcək.