Ərdoğan seçki kampaniyasına Qara dənizdən başlayıb
06 iyul 2014 05:04 (UTC +04:00)

Ərdoğan seçki kampaniyasına Qara dənizdən başlayıb

0

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkisi uğrunda mübarizə kamipaniyasına Qaradəniz bölgəsindən, Samsundan başlayıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, bu liman şəhərində minlərlə tərəfdarı qarşısında çıxış edib.

 

Xatırladaq ki, prezident seçkisi bu il avqustun 10-da keçiriləcək. Onun rəqibi birləşmiş müxalifətin təmsilçisi Ehsanoğlu və kürd etnik qrupundan olan Temirtaşdır.

 

Bu siyasi kampaniyanın qalibi geniş səlahiyyətlərə malik olacaq.

 

R.T.Ərdoğanın baş nazir vəzifəsindən istefa vermədən prezident seçkisi kampaniyasını aparmasına müxalifət etiraz edib. Bundan başqa müxalifət təmsilçiləri ehtimal edir ki, əgər Ərdoğan bu seçkidə qalib gələrsə, o zaman baş nazir vəzifəsinə hakim Ədalət və İnkişaf Partiyasından «sözə baxan» bir siyasətçini gətirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 767

Oxşar yazılar