Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım İstanbuldan Ankaraya avtomobillə qayıdıblar. APA TV-nin Türkyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısı yol üstü təkər təmiri sexlərindən birində çalışan insanlarla görüşüb.
Prezidenti və baş naziri görən insanlar bir anda onların ətrafına toplanıblar. Vətəndaşlarla prezident arasında maraqlı dialoq yaşanıb.
Vətəndaşların arasında olan yaşlı bir kişi Ərdoğanlar görüşərkən onun əlini çox möhkəm sıxıb.
Prezidentlə yaşlı kişinin bu zarafatı ətrafdakıların gülüşünə səbəb olub.