Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət liderləri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluna və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya qarşı təzminat davalarını geri götürüb.
Lent.az-ın haberturk-ə istinadən xəbərinə görə, artıq təzminat davalarının geri çəkildiyinə dair ərizələr uyğun məhkəmələrə göndərilib.