Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və Almaniya kansleri arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə prezident administrasiyasındakı mənbə danışıb.
Məlumata görə, R.T.Ərdoğan Angela Merkeli Soçidə Suriyaya dair keçirilmiş Rusiya-Türkiyə-İran sammitinin yekunları barədə məlumatlandırıb
Xatırladaq ki, Rusiya, Türkiyə və İran prezidentləri arasında görüş noyabrın 22-də Soçidə keçirilib.
Telefon danışığı zamanı Suriyadakı vəziyyət müzakirə olunub.
Liderlər həmçinin ikitərəfli münasibətləri, terrorçuluqla mübarizənin gücləndirilməsini və suriyalı qaçqınlar problemini müzakirə ediblər. Məlumata görə, A.Merkel suriyalı qaçqınlara yardımın ayrılmasını tezləşdirməyi vəd edib.