İŞİD-in Əl-Baba yaxın Süsyan kəndində törətdiyi terrorda həlak olanların sayı artır. Lent.az-ın Hurriyyet.com.tr-ə istinadən xəbərinə görə, bombalı maşının partlaması nəticəsində çoxu mülki şəxs 60 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.
***
12:47
Əl Babda İŞİD terror təşkilatı tərəfindən bomba qoyulmuş maşın partladılıb.
Lent.az-ın sözcü.com.tr-ə istinadən məlumatına görə, partlayış zamanı ən az 45 nəfər dünyasını dəyişib. 40-dan çox yaralı Kilisə xəstəxanaya aparılıb. Ölənlərin sayının artacağı ehtimal edilir.
"Reuters"ın xəbərinə görə isə, ƏL-Bab yaxınlığında yerləşən Süsyan kəndində bombalı maşınla təşkil edilən hücumda ən azı 29 nəfər həyatını itirib. Həyatını itirənlərinin çoxunun suriyalı müxaliflər olduğu bildirilir.