Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, partiyanın bu gün keçirilən qurultayında 1382 səslə Ə.Davudoğlu qalib gəlib. 6 bülleten isə etibarsız sayılıb.
Qeyd edək ki, Davudoğlu Türkiyənin hazırkı xarici işlər naziridir. Partiyanın lideri Rəcəb Tayyip Ərdoğan isə bir neçə gün əvvəl ölkə prezidenti vəzifəsinə seçilib.