Əfqanıstanda növbəti güclü partlayış: 22 ölü
09 avqust 2015 05:45 (UTC +04:00)

Əfqanıstanda növbəti güclü partlayış: 22 ölü

0

Əfqanıstanın Kunduz bölgəsində “Taliban” hərəkatının üzvü tərəfindən törədilən növbəti güclü partlayış nəticəsində azı 22 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Məlumata görə, terrorçunun hədəfi hökumətin tabeliyində olan  orduya daxil olmayan könüllü hərbiləşdirilmiş birləşmələr olub.    

 

Qeyd edək ki, avqustun 7-də paytaxt silahlılar Kabildə NATO-nun obyektinə hücum ediblər. Minalanmış  yük maşınının partladılması nəticəsində 15 nəfər ölüb, 400-dək adam yaralanıb.

 

Bundan az  sonra polis akademiyası yaxınlığında törədilən güclü partlayış nəticəsində 27 nəfər ölüb, 26 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar