Əfqanıstan hərbi aviasiyasının Loqar əyalətində endirdiyi hava zərbələri nəticəsində azı 21 “Taliban” hərəkatının silahlısı məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, öldürülənlər arasında iki səhra komandirinin olduğu bildirilir.
Məlumata əsasən, əməliyyat nəticəsində silahlılara məxsus xeyli silah-sursat da məhv edilib.
Hərbçilər arasında itkilər barədə məlumat verilmir. “Taliban” hərəkatı insidentlə bağlı hələ ki, açıqlama verməyib.