Dünyanın ən təhlükəli şəhərində daha 5 nəfər öldürüldü
22 dekabr 2016 05:43 (UTC +04:00)

Dünyanın ən təhlükəli şəhərində daha 5 nəfər öldürüldü

0

Hondurasın San-Pedro-Sula şəhərində 5 nəfər qətlə yetirilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, naməlum silahlılar şəhərin mərkəzində bir qrup insana avtomat silahdan atəş açıb.

 

İnsident nəticəsində biri qadın və dördü kişi olmaqla 5 nəfər ölüb. Cinayətin motivi hələ ki, məlum deyil.

 

San-Pedro-Sula şəhəri dünyanın ən təhlükəli şəhəri sayılır. Rəsmi statistikaya görə, burada gündə 3 nəfər qətlə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar