Cənubi Afrika Respublikasında dəyəri milyonlarla dollar olan almaz tapılıb. Lent.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, almaz 29,6 karatlıqdır. Petra Diamonds şirkəti bu zinətin işləndikdən sonra hər bir karatının 2 milyon dollardan satışa çıxarılacağı bildirib. Beləliklə almazın ümumi qiyməti 58 milyon dollardan da artıq edir.
Xatırladaq ki, keçən il həmin mədəndən çıxan 25,5 karatlıq almaz 16,9 milyon dollara, 2008-ci isə tapılan və “Yusif ulduzu” adlandırılan almaz isə 9,49 milyon dollara satılıb.