Dünya liderlərinin sirli səfərlərinin arxasında nə durur?
10 fevral 2015 13:57 (UTC +04:00)

Dünya liderlərinin sirli səfərlərinin arxasında nə durur?

Son günlər Ukrayna münaqişəsi ətrafında vəziyyətin kritik həddə çatması Qərb dövlətlərini səfərbər edib. Separatçıların Ukrayna ordu birləşmələrinə sarsıdıcı zərbələr endirməsi bölgədə irimiqyaslı hərbi əməliyyatların başlamasına ciddi siqnaldır. Siyasi analitiklərin fikrincə, Qərb dövlətlərini separatçılarla Ukrayna arasında hərbi əməliyyatlar qorxutmur, onları Rusiyanın gizli himayədarlıq etdiyi separatçılara dəstəyini açıq müstəviyə keçirməsi təşvişə salır. Qərbin sanksiyalarla Kremli çökdürdüyü bir zamanda Putinin son həmlə kimi müharibəyə meyl etməsi Avropa Birliyini təxirəsalınmaz tədbirlər görməyə vadar edir. Amerikadan fərqli olaraq nüvə başlıqlarına sahib Rusiya kimi "təhlükə mənbəyi"nin qonşuluğunda yerləşən Avropa dövlətləri bölgədə sabitliyi qorumaq və hər an baş verə biləcək müharibə təhlükəsindən sığortalanmaq üçün hərəkətə keçiblər.

 

Dünya liderlərinin müəmmalı səfərləri

 

Minsk sammitinə bir gün qalmış (sabah-fevralın 11-də Belorusda keçiriləcək) Moskva danışıqlarıdna iştirak edən iki ölkənin lideri yerləşdikləri regionlarda söz sahibi olan ölkələrə səfər ediblər. Almaniya kansleri Angela Merkel ABŞda Barak Obamayla görüşdən sonra şimala tərəf - Kanadaya üz tutub. Kanada baş naziri Stefan Josef Harperlə danışıqların ardından baş tutan mətbuat konfransında Ukrayna münaqişəsi ilə bağlı maraqlı detallara toxunulub. Harper bildirib ki, vəziyyətin bu yerə gəlib çatmasına səbəb Putinin sülh danışıqlarından qaçmasıdır. Merkel isə qeyd edib ki, bu münaqişənin həlli dünya iqtisadiyyatı üçün həyati önəm daşıyır: “1, 5 milyon qaçqının yenidən yurd-yuvasına dönməsi üçün əlimizdən gələni edəcəyik. Həmçinin Ukraynada hər hansı bir qanunsuz hərəkatı qəbul etməyimiz mümkün deyil” – Merkel bəyan edib.

 

 

Bu arada fevralın 9-da Rusiya prezidenti Vladimir Putin 10 ildən çoxdur səfər etmədiyi Misir torpaqlarına ayaq basıb. Hava limanında onu bu ölkənin prezidenti Abdulfətah Əs Sisi qarşılayıb. Putinin Misir prezidenti ilə Suriya və Liviya böhranları, Fələstin – İsrail münaqişəsi və terrorla mübarizə mövzusunda fikir mübadiləsi aparıb. Ehtimal edilir ki, Putinin Misir səfəri 2 gün çəkəcək.

 

Qeyd edək ki, bir sıra qərb analitikləri Minsk görüşünü Putinin son şansı kimi dəyərləndirir. Belə ki, fevralın 6-da Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel sülh danışıqları ilə bağlı Moskvaya səfər edib. Bağlı qapılar arxasında 5 saat gərgin mühirkeçən görüşün bəzi detalları mətbuata sızıb. “The Wall Street” jurnalı yazır ki, Moskva görüşündə Merkel Putinə son xəbərdarlığını edib. Görüşdə Merkel bildirib ki, fevralın 11-də baş tutacaq Minsk sammitində Putinin yeni “Yol xəritəsi” sülh planından imtinası bu ölkəyə böyük zərbələrə yol açacaq. O, Rusiya şirkətlərinin fəaliyyətinin və iş adamlarının xarici bank hesablarının dondurulması barədə sanksiyalarla təhdid edib. Markel onu da deyib ki, Rusiya sülh planına “yox” desə, Almaniya ABŞ tərəfindən Ukraynaya nəzərdə tutulan silah yardımına etiraz etməyəcək.

 

Jurnal yazır ki, hələlik rəsmi Berlin bu ideyaya qarşı çıxır. Amerikanın Ukraynaya silah yardımı məsələsi Münhen Təhlükəsizlik Konfransında geniş müzakirə mövzusu olub. Avropalı diplomatların fikrincə, Ukrayna münaqişəsinin həlli müharibə ilə yox, danışıqlarla mümkün olmalıdır. Amma Moskva görüşündən sonra Fransa prezidenti Fransua Ollandın “hadisə müharibə ssenarisi ilə inkişaf edir” açıqlaması da Minsk sammitində münaqişənin uğurlu sonluğuna işarə vermir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152

Oxşar yazılar